Antoni Marsyal əməliyyat olundu

İngiltərənin “Mançester Yunayted” klubunun zədəli futbolçusu, fransalı hücumçu Antoni Marsyal bu gün əməliyyat edilib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Fransalı futbolçunun qasıq nahiyəsindən əməliyyat keçirdiyi diqqətə çatdırılıb. Onun təxminən 10 həftə meydana çıxa bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində 19 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.

Antoni Marsyal 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir. 28 yaşlı hücumçu İngiltərə klubunun heyətində bütövlükdə 317 oyuna çıxıb, 90 qol vurub, 55 məhsuldar ötürmə ilə yadda qalıb.

Lion “Olimpik”inin yetirməsi olan Marsyal Fransanın “Monako” klubunun da şərəfini qoruyub. O, bir müddət İspaniyanın “Sevilya” klubunda icarədə də olub.

2015-ci ildən Fransa milli komandasında çıxış edən hücumçu yığmada 30 oyuna 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: