Almaniyanın “Borussiya” (Dortmund) klubunun fransalı hücumçusu Antoni Modeste Misir təmsilçisi “Əl-Əhli”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
35 yaşlı futbolçu Almaniya nəhəngindən azad agent kimi ayrılıb. O, yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.
Antoni Modeste “Borussiya”ya 2022-ci ilin avqust ayında 5.1 milyon avro qarşılığında keçmişdi. Təcrübəli forvard Dortmund klubunda 28 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Köln”, “Hoffenhaym”, “Bordo”, “Nitsa”, “Anje”, “Bastiya”, “Tianjin Tanhai”, “Bləkbörn”, “Sent Etyen” kimi klubların da formasını geyinib. Modeste Fransanın U-17, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.


