Antonio Blanko yenə “Real”dan ayrıldı

İspaniyanın “Real” (Madrid) klubu dayaq yarımmüdafiəçisi Antonio Blanko ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı oyunçusunu “Alaves”ə icarəyə verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan oyunçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırılıb.

Antonio Blanko Madrid “Real”ının öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 6 oyuna çıxıb. Yarımmüdafiəçi daha öncə “Kadis”də də icarədə oynayıb. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Blanko, əsas millidə də 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: