Antuan Semenyo üçün 10.25 milyon ödədi – Premyer Liqa klubu

Futbol üzrə Qana milli komandasının hücumçusu Antuan Semenyo yetirməsi olduğu İngiltərənin “Bristol Siti” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Premyer Liqada mübarizə aparan “Bornmut”a transfer olunub.

Bu barədə futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 4.5 + 1 illik müqaviləyə imza atıblar. “Bornmut” bu transferə görə Çempionşip klubuna 10.25 milyon avro təzminat ödəyib. Futbolçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Antuan Semenyo İngiltərədə dünyaya göz açıb. O, peşəkar karyerasına məhz yetirməsi olduğu “Bristol Siti”də başlayıb. Futbolçu bu komandanın heyətində meydana çıxdığı 124 oyunda 20 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. Semenyo “Nyuport Kaunti” və “Sanderlend” klublarında icarədə də oynayıb. O, 2022-ci ilin iyun ayında Qana milli komandasında debüt matçına çıxıb. İndiyə qədər yığmada 6 matç keçirmiş futbolçu 1 qol da vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: