Aqon Elezi və Andreas Luthe “Boxum”da

Şimali Makedoniya millisinin və Xorvatiyanın “Varajdin” klubunun yarımmüdafiəçisi Aqon Elezi bundan sonra “Boxum”un formasını geyinəcək.

Arena.az bu barədə Albaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Boxum” dayaq yarımmüdafiəçisini “Varajdin”dən tamhüquqlu müqavilə əsasında heyətinə qatıb. Transferin məbləği haqda məlumat isə açıqlanmayıb. Almaniya klubu Elezi ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Aqon Elezi Şimali Makedoniyanın “Şkupi” klubunun yetirməsidir. “Dayaqçı” karyerası ərzində “Kan” (Fransa), “Vlazrimi” (Şimali Makedoniya), “Skenderbeu” (Albaniya) və “Varajdin” klublarında olub.

Cari mövsümün ilk yarısında Elezi “Varajdin”in heyətində bütün yarışlada 12 oyuna çıxıb, 2 qol vurub.

Aqon Elezinin qənimətlər muzeyində “Varajdin”lə 2021/2022 mövsümündə qazandığı Xorvatiya 2-ci Liqasının çempionluğu var.

Elezi 2022-ci ilin sentyabrında debüt etdiyi Şimali Makedoniya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 9 oyun keçirib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.

“Boxum” sabiq qapıçısı Andreas Lutheni də heyətinə cəlb edib. “Kayzerslautern”dən gələn 36 yaşlı qolkiperlə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Luthe məhz “Boxum”un yetirməsidir. Vaxtilə bu komandada 169 oyuna çıxıb, 222 qol buraxmış Andreas, 52 “quru” matç da keçirib. O, 2016-cı ildə bu klubdan ayrılandan sonra “Auqsburq”, “Union Berlin” və “Kayzerslautern”də çıxış edib.

“Bohum” mərkəz yarımmüdafiəçisi Mats Panneviqi də “Videnbrük” klubuna icarəyə verib. 19 yaşlı alman futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.

“Şalke”nin yetirməsi olan Mats Panneviq 2021-ci ildən “Şalke”dədir. O, bu klubun əsas komandasında hələ rəsmi oyun keçirməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: