“Araz-Naxçıvan” Konfrans Liqasına Ərzurumda hazırlaşacaq

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Araz-Naxçıvan”ın 2025/2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-nə qədər Bakıda məşq edəcəklər.

Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb. Sınaqçı rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünü 58 xalla 3-cü pillədə başa vurub və tarixində ilk dəfə Avropa Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: