“Araz-Naxçıvan” “Sumqayıt”la oyuna 4 itki ilə çıxacaq

“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la oyuna dörd itki ilə çıxacaq.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, komandanın dörd futbolçusu bu gün “Sumqayıt”la ev oyununda meydana çıxmayacaq. Belə ki, Miço Kuzmanoviç, Bəxtiyar Həsənalızadə, Mustafa Əhmədzadə və Əyyub Allaş zədə səbəbindən matçı buraxacaqlar.

Sezar Meza Kolli və İssuf Paro ilə bağlı qərarı isə baş məşqçi Elmar Baxşıyev verəcək. “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda xəsarət alan Paronun zədəsinin ciddi olmadığı bəlli olub. Oyunçunun əzələsində gərginlik aşkarlanıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşması bu gün Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: