“Araz-Naxçıvan” üçün 150-ci qol

2026/2027-ci illər mövsümünə uğursuz başlamış “Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub.

Arena.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 5-ci turuna təsadüf edib.

“Turan Tovuz”un futbolçusu Emmanuel Hakmanın avtoqolu Naxçıvan təmsilçisi üçün 150-ci olub.

2:2 hesabı ilə başa çatmış görüşdə daha bir dəfə fərqlənən komanda 152-ci oyununda qol sayını 151-ə də çatdırıb. Bunlardan 80-i evdə, 71-i səfərdə qeydə alınıb.

“Araz-Naxçıvan” turnirin tarixində 150 və daha çox qol vurmuş 26-cı komanda olub. Klub tarixində yüksək dəstədəki ilk qol 2000/2001-ci illər mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də İlham Allahyarov fərqlənib.

Xatırladaq ki, Naxçıvan təmsilçisi cari mövsümdə keçirdiyi 5 oyunda qələbəyə həsrətdir. Komanda cəmi 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. 2 xalı olan muxtar respublika təmsilçisi 12 iştirakçı arasında 11-cidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: