Arena.az 4 yaşında!

4 il öncə – 2021-ci ilin fevral ayının 1-də Arena.az saytı fəaliyyətə başlayıb. Yarandığı gündən oxucularına doğru və dolğun məzmunlu məlumat çatdırmağı obyektiv mövqeyi ilə hədəf seçən portal bu gün 4 yaşını qeyd edir.

İdman mətbuatında özünəməxsus yer tutan Arena.az ölkəmizin futbol və idman həyatında baş verənlərlərlə yanaşı, dünya idmanını da Azərbaycan mətbuatında geniş işıqlandırması ilə səciyyəvidir.

Oxucularını çaşdıracaq şişirdilmiş sərlövhələrə yer verməyən “Arena” müvafiq mövqeyinə hər zaman sadiq qalacaq.

4 illik fəaliyyətimizdə bizə dəstək olan hər kəsə, xüsusilə də sadiq oxucularımıza təşəkkür edirik!