Pablo Pyatti Elçedə

Argentina millisinin sabiq üzvü La Liqa klubunda

Futbol üzrə Argentina yığmasının sabiq yarımmüdafiəçisi Pablo Pyatti yenidən İspaniyaya qayıdıb.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu “Elçe” klubuna transfer edilib.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pyatti ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Karyerası ərzində İspaniyada “Valensiya”, “Almeriya” və “Espanyol”da çıxış edən Pyattinin son klubu ABŞ “Toronto”su olub. Yarımmüdafiəçi 2021-ci ilin yanvarından klubsuz idi.

Qeyd edək ki, Pablo Pyatti Argentina yığmasında da bir oyun keçirib.