“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 4-cü turunda “Nottingem Forest”ə ev məğlubiyyətinə (0:1) aydınlıq gətirib.
Arena.az məlumat verir ki, bu, niderlandlı mütəxəssis üçün “qırmızılar”ın sükanı arxasında ilk məğlubiyyət olub.
“Düşünürəm ki, bizim təsir edə biləcəyimiz yeganə məqam topa sahibolma idi, çünki onlar çoxlu uzun ötürmələrlə oynayırdılar, ona görə də topu qazandığımız halda, 11 oyunçunu keçmək zərurəti gərəkdir. Topa çox sahib idik, amma biz yalnız üç-dörd yaxşı fürsət yarada bildik, ona görə də topa bu bu qədər də sahib olmaq kifayət deyil. Əgər meydanın onlara aid yarısında bu qədər çox oynayırıqsa, daha yaxşı oynamalıyıq. Dəfələrlə sadə vəziyyətlərdə topu itirdik. Məncə, oyunun əsas mənzərəsi budur: topa sahibolmamız kifayət qədər keyfiyyətli deyildi”, – Arne Slot matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.
4 turdan sonra “Liverpul” Premyer Liqanın yarış cədvəlində 9 xalla 2-ci pillədə qərarlaşıb. “Nottingem Forest” isə 8 xalla 5-ci pillədədir. Premyer Liqaya 12 xalla “Mançester Siti” başçılıq edir.


