“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Super Kubokunda “Mançester Siti” üzərində qazandıqları 3:0 hesablı qələbəni şərh edib.
Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis mövsümün ilk rəsmi oyununda komandasının nümayiş etdirdiyi futbol və mübarizə əzmini yüksək qiymətləndirib:
“Bu, mövsümün əvvəlində həqiqətən keyfiyyətli oyun idi. Belə yüksək səviyyədə futbol nümayiş etdirmək və göstərdiyimiz fədakarlığı ortaya qoymaq məndə ciddi təəssürat yaratdı. Komandaya da dedim ki, onların oyuna yanaşması çox xoşuma gəldi”, – deyə Arteta bildirib.
Qeyd edək ki, Kardiffdə keçirilən qarşılaşmada “Arsenal” rəqib qapısına üç cavabsız qol vurub. Kalyafori, Haverts və Edeqorun qolları “topçular”a Superkuboku qazandırıb.
Artetanın komandası bununla yeni mövsümə titulla başlayıb.


