“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 27-ci turunun “Nottingem Forest”lə səfər oyununu şərh edib.
Arena.az “Arsenal”ın rəsmi saytına istinadən, ispan mütəxəssisin qolsuz bitmiş bu matç barədə fikrini təqdim edir:
“Qalib gələ bilməməyimiz çox məyusedicidir. Bu oyun, əvvəlkindən çox fərqlənirdi: güc-qüvvət, özünün istədiyinə nail olmaq həvəsi vardı. Biz, əlbəttə, çox müxtəlif üsulları sınaqdan keçirdik, oyunda üstünlük saxlayırdıq. İkinci hissədəki bir məqam istisna olmaqla – cərimə zərbəsindən bir və ya iki birbaşa zərbədən sonra, onların, bizim cərimə meydançamızda nəsə fürsəti oldu. Bir də bir-iki top itkisini qeyd edərdim, amma qalan hallarda – heç nə.
Yaratdığımız o məqamlarda bizim, məhsudlar ötürmə mahiyyətində yekunlaşdırıcı ötürməmiz əskik idi, əlbəttə, həmçinin qapıya doğru çoxlu zərbələr ki, həqiqətən daha səmərəli olmağa və qələbə qazanmağa yetsin”, deyə Arteta məyusluqla bildirib.
Xal itkisi “Arsenal”ı, 28 oyundan 67 xalla İngiltərə Premyer Liqasının zirvəsində qərarlaşmış “Liverpul”dan daha da geri salıb. “Topçular” 27 oyundan 54 xalla 2-ci pillədə qalıblar. Amma belə davam edəcəyi halda, “Arsenal”ın çempionluq mübarizəsindən qopacağı şübhə doğurmur.


