Arteta “Nyukasl” üzərində darmadağını şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 26-cı turunda “Nyukasl”la oyunda “topçular”ın böyükhesablı qələbəsini (4:1) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Nyukasl”la oyundan çox razıyam. Uşaqlar həqiqətən yaxşı, aqressiv oynadılar və biz oyunda qalib gəlməyə layiq idik. “Nyukasl”ın rəqiblərinə fəsad yarada biləcək çoxlu ehtiyatı var, amma biz üstünlüyümüzü davam etdirdik, nəbzimizi qoruduq. Bu gün komandamızın oyununu izləmək xoş oldu.

“Portu”ya qarşı biz ancaq topla oynayanda öz səviyyəmizdə çıxış etdik, topsuz isə yox. Bu, vacib bir dərs idi və bu anlardan çox şey öyrənmək olar”, deyə Arteta bildirib.

Hazırda Premyer Liqada keçirdiyi 26 oyundan sonra “Arsenal” 58 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Nyukasl” isə 37 xalla 8-ci pillədədir. Premyer Liqaya 60 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: