Artur Melo “Yuventus”u “Jirona”ya dəyişdi

“Yuventus”un braziliyalı mərkəz yarımmüdafiəçisi Artur Melo bundan sonra “Jirona”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verirlər.

“Jirona” Arturu “qoca sinyora”dan icarəyə götürüb. 26 yaşlı yarımmüddafiəçi 2024/2025 mövsümünün sonuna qədər La Liqa təmsilçisinin heyətində çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Artur mövsüm bitən kimi yenidən “Yuventus”un düşərgəsinə qayıdacaq.

Artur Melo “Yuventus”a 2020-ci ilin yayında “Barselona”dan keçib. Braziliyalı yarımmüdafiəçi Turin klubunun heyətində ümumilikdə 63 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Artur daha öncə “Liverpul”da və “Fiorentina”da da icarə əsasında çıxış edib. Amma hər iki halda İngiltərə və İtaliya klubları onun transfer hüquqlarını almaqdan imtina ediblər və Melo yenidən Turin təmsilçisinə qayıtmalı olub.

Arturun “Yuventus”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. O, daha öncə “Qremio” və “Barselona”da da oynayıb. Yarımmüdafiəçi Braziliya yığmasında 22 oyun keçirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

“Jirona” öz yarımmüdafiəçisi Selvi Kluanı da “Almeriya”ya aatıb. 20 yaşlı ispan futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

Selvi Klua “Ximnastik”in yetirməsi olsa da, 2021-ci ildən “Jirona”nın sıralarında idi. Gənc mərkəz yarımmüdafiəçisi bu klubun əsas komandasında cəmi 9 matç keçirib, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: