Artur Melo “Yuventus”u tərk etdi

İtaliyanın “Yuventus” klubu braziliyalı mərkəz yarımmüdafiəçisi Artur Melo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən məlumat verirlər.

Artur Melo “Yuventus”a 2020-ci ilin yayında “Barselona”dan keçmişdi. Braziliyalı yarımmüdafiəçi Turin klubunun heyətində ümumilikdə 63 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Artur bu müddətdə “Liverpul”, “Fiorentina”, “Jirona” və “Qremio”da icarə də olub.

Arturun “Yuventus”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Braziliyalı futbolçu “Qremio”nun yetirməsidir. O, “Yuventus”a keçənə qədər “Barselona”da da oynayıb. Yarımmüdafiəçi Braziliya yığmasında 22 oyun keçirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: