“Atletiko Paranaense”nin çilili mərkəz yarımmüdafiəçisi Arturo Vidal hakimlərin “Real”a kömək etməsinə dair eyham vurub.
Arena.az məlumat verir ki, “Twitch” portalında yayımda çıxış edən Vidal “Real”a qarşı keçirdiyi oyunlarda hakimliyi tənqid edib:
“Mən hətta bəzən “Real”ın hansı oyununda konkret (hakimlik – redaktorun qeydi) qalmaqalın baş verdiyini unuduram.
“Madrid”ə qarşı o qədər qarət edilmişəm ki, bəzən təfərrüatı unuduram. O qədər mənim komandalarımı “qarət ediblər” ki…”, deyə Vidal bildirib.
Xatırladaq ki, Vidal 2018-2020-ci illərdə “Barselona”da çıxış edib. Çilili yarımmüdafiəçi karyerası ərzində “Flamenqo”, “İnter”, “Bayern”, “Yuventus”, “Bayer” və “Kolo-Kolo”da da forma geyinib.
Vidal hazırda “Atletiko Paranense”də oynayır və klubla cari ilin dekabr ayının sonuna qədər müqaviləsi var. Cari mövsümdə Vidal “qasırğa”nın heyətində 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Arturo Vidal 2007-ci ilin fevralında debüt etdiyi Çili yığmasının heyətində 142 oyuna çıxıb, 34 qol vurub, 9 məhsuldar ötür verib.
“Transfermarkt” internet-portalı 36 yaşlı Arturo Vidalı 700 min avro məbləğində qiymətləndirir.


