Aster Vranks “Volfsburq”u “Sassuolo”ya dəyişdi

Almaniyanın “Volfsburq” klubunun belçikalı mərkəz yarımmüdafiəçisi Aster Vranks bundan sonra “Sassuolo”nun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

A Seriyası təmsilçisi 22 yaşlı belçikalını 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Belçikanın “Mexelen” klubunun yetirməsi olan Aster Vranks “Volfsburq”a 2021-ci ilin ayyında 8 milyon avro müqabilində keçmişdi. O, 2022/2023-cü illər mövsümündə “Milan”da da icarədə olub.

Vranksın “Volfsburq” karyerası 70 oyun və 2 qoldan ibarətdir. O, “Milan”da da 47 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Vranks 2023-cü ildə əsas millidə debüt edib. O, millinin heyətində 9 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: