“Aston Villa” “Roma”nın qapıçısını icarəyə götürdü

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Roma” klubunun qapıçısı Robin Olseni heyətinə qatıb.

Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. İsveçli qapıçı mövsümün sonuna qədər icarə əsasında “Aston Villa”da çıxış edəcək. Sözügedən klub təcrübəli qolkiperi satınalma şərti ilə icarəyə götürüb. Olsenin transfer qiyməti 2 milyon avrodur.

Olsen mövsümün ilk hissəsini icarə əsasında İngiltərənin “Şeffild Yunayted” klubunda keçirib. O, Çempionşip təmsilçisinin heyətində 11 matça çıxıb.

İsveç yığmasının qapıçısı 2018-ci ildən “Roma”da çıxış edir. Lakin “canavarlar”ın heyətində möhkəmlənə bilməyən qolkiper ötən mövsüm də İngiltərənin “Everton” klubunda icarədə oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: