“Atletik” – “Qarabağ” matçı israilli hakimə tapşırıldı

UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ” və “Atletik”in U-19 komandaları arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan və İspaniya təmsilçiləri arasındakı oyun oktyabrın 22-də Bilbao şəhərində keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

UEFA bu qarşılaşmanı İsraildən olan hakim briqadasına həvalə edib. Oyunun baş hakimi FIFA referisi Qal Levi olacaq. Ona yan xətt hakimləri Haz Orpaz Hen və Zeev Vladimir Frenkel kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını ispaniyalı Con Andrade Del Olma yerinə yetirəcək.

Xatırladaq ki, “Qarabağ”ın U-19 komandası cari mövsümdə keçirdiyi hər iki oyunda məğlub olub. Ağdam təmsilçisi əsas mərhələdə xalsız olan 11 komandadan biridir. “Atletik” isə əvvəlki oyunlarından qalib ayrılıb və hazırda 6 xalla 9 şərikli liderdən biirdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: