UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Atletik” – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.
Arena.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi İqor Payaç olacaq. Ona yan xətt hakimləri Boyan Zobenitsa və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək. VAR-da İvan Bebek, AVAR-da isə Fedayi San əyləşəcək.
Xatırladaq ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də Bilbao şəhərində keçirləcək. “San Mames” stadionunda təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində geridə qalmış 2 turdan sonra Azərbaycan çempionu 6 xalla 6 şərikli liderdən biridir. Bilbao təmsilçisi isə əvvəl keçirdiyi hər iki oyunda uduzub və turnir cədvəlinin 34-cü pilləsində qərarlaşıb.


