Bu gün futbol üzrə İspaniya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mərhələnin açılış matçında Madrid “Atletiko”su doğma meydanda “Xetafe” ilə münasibətlərinə aydınlıq gətirib. Paytaxt klubu bu oyunda darmadağınla qələbə qazanaraq yarımfinala ilk vəsiqənin sahibinə çevrilb.
Növbəti yarımfinalçının adına sabah aydınlıq gələcək. Mərhələnin son iki oyunu isə fevralın 6-da keçiriləcək.
İspaniya Kuboku
1/4 final
4 fevral
Atletiko – Xetafe 5:0
Qollar: C.Simeone, 8; 17. Lino, 42. Korrea, 78. Sörlot, 86.
5 fevral
00:00. Leqanes – Real
6 fevral
22:30. Real Sosyedad – Osasuna
00:30. Valensiya – Barselona


