“Atletiko”da daha bir futbolçu koronavirusa yoluxdu

İspaniyanın “Atletiko” klubunda koronavirusa növbəti yoluxma halı aşkarlanıb.

Arena.az xəbər verir ki, son olaraq fransalı futbolçu Mussa Dembelenin COVİD-19 testinin nəticəsi pozitiv çıxıb.

25 yaşlı forvard evində təcrid olunub.

Daha öncə Madrid klubunda Yannik Karrasko, Mario Ermoso və Joau Feliksin də koronavirusa yoluxduğu açıqlanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: