“Sent Etyen” “Auqsburq”un Fransadan olan sol cinah vingeri Natanael Mbukunu icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə Fransa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müddəti cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub.
Natanael Mbuku “Reyms”in yetirməsidir. O, ötən ilin yanvarında azad agent qismində “Auqsburq”a qoşulub.
Cari mövsümün ilk yarısında Mbuku Almaniya klubunun əsas heyətində cəmi 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Natanael Mbukunun Fransanın U-16, U-17, U-18, U-20, U-21, U-23 yığmalarında, həmçinin Fransa Olimpiya yığmasında oyun təcrübəsi var. O, “xoruzlar”ın əsas yığmasına hələ dəvət almayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı fransalı vingerin transfer dəyərini 1,50 milyon avro məbləğində qiymətləndirir.


