Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası martın 11-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edib. Arena.az xəbər verir ki, “Gənclər kuboku” adı altında təşkil olunan turnirdə Mingəçevir və Bakıdan olan 80 idmançı ölkə birinciliyi uğrunda mübarizə aparıb.
2005-2010-cu il təvəllüdlü yeniyetmə və gənc avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışıblar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılıblar. Həmçinin yarışı izləməyə gələn tamaşaçılara da müxtəlif hədiyyələr təqdim olunub.
4-7 may “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunan bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyırdı. “Gənclər kuboku”nda fərqlənən idmançılar “Prezident Kuboku” beynəlxalq reqatasında iştirak hüququ da qazanıblar.


