Avropa çempionatı: Firuzə startda, Nigar 1/4 finalda uduzdu

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.

Firuzə Məcidova ilk mərhələdə Belarus güləşçisinə məğlub olub.

Nigar Mirzəzadə debütdə xorvatiyalı rəqibi üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz 1/4 finalda belaruslu idmançıya uduzub.

Avropa çempionatı

59 kq
Təsnifat: Firuzə Məcidova – Arina Martinava (Belarus) 0:10

68 kq
Təsnifat: Nigar Mirzəzadə – Gia Kastelan (Xorvatiya) 10:4
1/4 final: Nigar Mirzəzadə – Alina Miklaşevskaya (Belarus) 4:8