Rumıniyanın paytaxtı Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş (U-23) Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, sabah sərbəst güləş üzrə mübarizəyə start veriləcək.
Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib. Püşk nəticəsində sərbəst güləş üzrə Azərbaycan yığmasının qitə birinciliyinə yollanmış 10 üzvünün də rəqibləri bəlli olub:
57 kq
1/4 final
Nurəddin Novruzov – Gennadi Diuvenji (Moldova)
61 kq
1/4 final
Ayxan Abdullazadə – Emre Kural (Türkiyə) / Andrey Vitan (Moldova)
65 kq
Təsnifat mərhələsi
Rəşid Babazadə – Veniamin Borzin (Moldova)
70 kq
1/8 final
Maqomed-Başir Xaniyev – Narek Poqosyan (Ukrayna)
74 kq
Təsnifat mərhələsi
Turan Bayramov – Nikolay Dimitrov (Bolqarıstan)
79 kq
1/4 final
Səbuhi Əmiraslanov – Radomir Stoyanov (Bolqarıstan) / Mateuş Pedziçki (Polşa)
86 kq
1/4 final
Fərid Cabbarov – Knyaz İboyan (Ermənistan) / İvan İçizli (Moldova)
92 kq
1/4 final
Abdulcəlil Şabanov – Recep Haydari (Şimali Makedoniya) / İon Demian (Moldova)
97 kq
Təsnifat mərhələsi
İslam İlyasov – Ertuğrul Ağca (Almaniya)
125 kq
Təsnifat mərhələsi
Vaxit Qalayev – Uveys Feyzulahu (Şimali Makedoniya)
Qeyd edək ki, 57, 65, 70, 79, 97 kq-da yer alan sərbəst güləşçilər sabah xalçaya çıxacaq. Növbəti gün isə digər çəkilərdəki pəhləvanlar mübarizəyə qoşulacaqlar.
Martın 13-də start götürmüş Avropa çempionatı martın 19-da başa çatacaq. Azərbaycan güləşçilərindən hələlik dördü bu AÇ-də uğur qazana bilib. Yunan-Roma güləşi üzrə yığmamızın üzvlərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb.


