Aprelin 17-dən 23-nə qədər Xorvatiyanın paytaxtı Zaqreb şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Arena.az xəbər verir ki, bu gün qitə birinciliyində Azərbaycanı təmsil edəcək milli komandaların heyəti açıqlanıb.
Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri Avropa çempionatı öncəsi komanda üzvləriylə görüşüb, onlara uğurlar arzulayıblar.
Yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında 10 sərbəst güləşçimiz uğur qazanmağa çalışacaq. Onların siyahısı belədir:
Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq).
Aprelin 19-21-də qadın güləşçilər xalça üzərinə çıxacaq. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında ölkəmizi 8 xanım güləşçi təmsil edəcək:
Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Manolova (65 kq) və Nigar Mirzəzadə (68 kq).
Çempionatın son günlərində yunan-Roma güləşçiləri çıxış edəcək. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında 10 güləşçimiz AÇ-də mübarizə aparacaq:
Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq).
Xatırladaq ki, qitə birinciliyində I-S kateqoriyalı hakimlərimiz Asif Şirəliyev, Sədi Quliyev və İntiqam Alıyev ədaləti qoruyacaq.


