“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün ilk oyununa çıxacaq.
Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu ilk oyununda Monteneqro təmsilçisi “Mornar”ın qonağı olacaq.
Bar şəhərində keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
FIBA Avropa Kuboku
D qrupu, 1-ci tur
18 oktyabr
21:00. “Mornar” – “Sabah”
Bar. Topolika İdman Zalı.


