“Ayaks” klub direktorunu vəzifəsindən kənarlaşdırdı

Amsterdam “Ayaks”ının baş direktoru və idarə heyətinin sədri Aleks Krus insayder ticarəti ilə bağlı şübhələrə görə işindən kənarlaşdırılıb.

Arena.az bu barədə Niderland nəhənginin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, baş direktorun kənarlaşdırılması haqda qərar, klubun Krusun baş direktor vəzifəsinə keçməsindən bir həftə əvvəl “Ajaks”da 17 mindən çox səhm aldığını müəyyən etdikdən sonra verilib. Klubun müşahidə şurası belə qənaətə gəlib ki, Aleks Krus çox güman ki, insayder ticarəti ilə məşğuldur. Amsterdam sakinlərinə bu dəlili müəyyən etməyə isə müstəqil hüquq şirkəti kömək edib.

Aleks Krus ötən ilin avqustunda “Ayaks”da vəzifə alıb, amma yalnız martın 15-də işə başlayıb.

Vurğulanır ki, Amsterdam klubu Krusun yerinə yeni mütəxəssis axtarmağı hələ planlaşdırmır.

Xəbəri sosial şəbəkələrdə paylaş: