“Ayaks” klub tarixinin ən böyükhesablı məğlubiyyətini yaşadı

Niderland Eradiviziyasının 29-cu turunda “Feyenoord”a qarşı səfər oyunu Niderland nəhəngi Amsterdam “Ayaks”ı üçün qara gəlib.

Arena.az məlumat verir ki, Rotterdamın “De Köyp” stadionunda keçirilmiş bu oyunda Amsterdam təmsilçisi 0:6 hesabı ilə məğlub olub.

Bu 124 illik klub tarixində Niderland nəhənginin ən böyükhesablı məğlubiyyətidir.

Statistikanın aparıldığı tarixdən etibarən, bu oyunu “Ayaks” tarixinin ən pis statistik nəticəsi kimi də qiymətləndirmək olar. Belə ki, qonaq komandanın futbolçuları o qədər bərbad oynayıblar ki, oyunun yekununda qapıya zərbələrin nisbəti 30:1 “Feyenoord”un xeyrinə olub.

29 turdan sonra “Feyenoord” Erediviziyanın yarış cədəvlində 69 xalla 2-ci pillədə qərarlaşıb. “Ayaks” isə 45 xalla 6-cı pillədədir. Erediviziyaya 78 xalla PSV başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: