Ayxan Abbasov: “Qalib gəlməyi çox istəyirdik”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov San Marino yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, millimiz bu gün Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda San Marino yığması ilə qarşılaşıb və 2:1 hesablı əzmkar qələbəyə sevinib.

Ayxan Abbasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçulara təşəkkür edirəm. Malta ilə oyunda məğlub olduğumuz üçün bu gün qalib gəlmək istəyirdik. UEFA Millətlər Liqası öncəsi son toplanışımız olduğundan, hamını meydanda görməyə çalışdıq. Məşqlə oyun fərqli olur. Heyətdə dəyişikliklər də etmişdik. Malta ilə matçda olduğu kimi, bu gün də əsas problemimiz qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimiz oldu. Oyunun tempi normal idi, hücumlar edirdik. Həm futbolçular, həm də biz qalib gəlmək istəyirdik. Bunu həyata keçirdiyimiz üçün sevinirik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: