Ayxan Abbasov “Şamaxı” ilə vidalaşdı – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov əyalət klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 44 yaşlı mütəxəssislə müqavilənin müddəti başa çatıb.

“Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq” – deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ildən “Şamaxı”da işləyirdi. O, əyalət komandasını bütövlükdə 75 oyuna çıxarıb, 22 qələbə, 20 heç-heçə və 33 məğlubiyyət görüb.

Abbasov daha öncə “Zirə”, “Sumqayıt” və “Turan Tovuz”da da baş məşqçi kimi çalışıb. O, 2025-ci ildə bir neçə ay Azərbaycanın U-21 yığmasına rəhbərlik edib, 2025-ci ilin sentyabr ayından isə əsas millimizi çalışdırır.

Xəbəri sosial şəbəkələrdə paylaş: