Azərbaycan Basketbol Liqasında NTD-dən kritik qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında 20-ci tura start verilib. Arena.az xəbər verir ki, turun açılış oyunu bu gün “Sərhədçi” İdman Mərkəzində baş tutub.

Turun ilk oyununda NTD və “Gəncə” komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunun sonunda NTD basketbolçuları 91:85 hesablı qələbəyə seviniblər.

Sözügedən komanda bu qələbə sayəsində yenidən çempionatın vahid lideri olub.

Ən məhsuldar basketbolçular NTD-dən Ceremi Heys (28 xal, 11 ribaund), “Gəncə”dən isə Kollin Törner (23 xal, 7 ribaund) olublar.

20-ci turun digər oyunları (“AAAF Xırdala” – “Olimpik Şəki”, “Sabah” – “Sərhədçi”, “Zirvə Astara” – “Neftçi”) 4 və 5 mart tarixlərində keçiriləcək.

Xatırladaq ki, 19 turdan sonra Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

  1. Sərhədçi (19 oyun, 13 qələbə, 6 məğlubiyyət) – 32 xal
  2. NTD (19, oyun, 13 qələbə, 6 məğlubiyyət) – 32 xal
  3. Sabah (19 oyun, 13 qələbə, 6 məğlubiyyət) – 32 xal
  4. AAAF Xırdalan (19 oyun, 12 qələbə, 7 məğlubiyyət) – 31 xal
  5. Gəncə (18 oyun, 12 qələbə, 6 məğlubiyyət) – 30 xal
  6. Neftçi İK (19 oyun, 7 qələbə, 12 məğlubiyyət) – 26 xal
  7. Zirve Astara (18 oyun, 3 qələbə, 15 məğlubiyyət) – 21 xal
  8. Olimpik Şəki (19 oyun, 2 qələbə, 17 məğlubiyyət) – 21 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: