Azərbaycan güləşçiləri Qazaxıstandan 10 medalla qayıdırlar

Azərbaycanın gənc yunan-Roma güləşçiləri Qazaxıstanın paytaxtı Astanada keçirilən Jaksılık Uşkempirov turnirində iştirak ediblər.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 millisinin 10 üzvü fəxri kürsüyə qalxıb.

Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq) və Davud Məmmədov (77 kq) çempion olublar. İsmayıl Rzayevlə (82 kq), Əli Quliyev (87 kq) gümüş medala sahib çıxıblar. Hüseyn Savadov (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan güləşçiləri turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medal olmaqla ümumilikdə 10 medalla başa vurublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: