Azərbaycan güləşçiləri 2024-cü ilin ilk sınağına Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək reytinq turnirində çıxacaqlar.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yanvarın 10-dan 14-nə qədər davam edəcək reytinq turnirində 26 güləşçimiz qüvvəsini sınayacaq.
İlk iki gündə məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi 86 kq), Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq) yer alıblar.
Daha sonra qadın güləşçilər xalça üzərinə çıxacaqlar. Baş məşqçi Semyon Şterev və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) uğur qazanmağa çalışacaqlar.
Yarışın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) turnirdə iştirak edəcək.
Qeyd edək ki, yarışda 1-ci kateqoriyalı hakim Kamran Əliyev də ədaləti qoruyanlar


