Fransada keçirilmiş Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlərə imza atmış Azərbaycan idmançıları və onların məşqçiləri təltif olunublar.
Arena.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri təltif olunub. Sərəncama əsasən, aşağıda adıçəkilən şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Heydərov Hidayət Minayət oğlu
Kotsoyev Zelim Oleqoviç
Məmmədov Elxan Əbülfəz oğlu
Trautmann Riçard
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Həsənov Tərlan Əliheydər oğlu
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Alfonso Dominqes Loren Berto Berto
Maqomedov Qaşım Maqomed oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Cəfərov Həsrət Valeh oğlu
Georgi Meşvildişvili Kaxa oğlu
Maqomedov Maqomedxan Maqomedoviç
3-cü dərəcəli “Əmək” ordeni ilə
Abdullayev Məmməd Kamil oğlu
Əliyev Həsən Həsən oğlu
Qazyumov Xetaq Ruslanoviç
Məmmədov Anar Vahid oğlu
Paşayev Niyaməddin Vaqif oğlu
Roke Otano Pedro
Tarakanov Aleksandr Petroviç
“Tərəqqi” medalı ilə
Qokşelidze Georgi
Əliyev Əli İman-Murzayeviç.


