Azərbaycan kuboku: Final matçının hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan kubokunda final matçının bütün təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Mayın 27-də “Qarabağ”la “Zirə” arasında keçiriləcək həlledici oyunda Elçin Məsiyev söz sahibi olacaq. Ona yan xətt hakimləri kimi Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Final qarşılaşması üçün ehtiyat köməkçi hakim də təyin olunub – Kamran Bayramov.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək final görüşünün start fiti saat 19:00-da səslənəcək.

Azərbaycan kuboku
Final
27 may

“Qarabağ” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Kamran Bayramov.
Hakim-inspektor: Fritz Ştuxlik.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 19:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: