Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Səfərdə qələbə qazanmış əyalət təmsilçisinin mərhələ adlamaq şansı daha yüksək idi. Cavab görüşündə də hesabı “Qəbələ” açıb. Amma sumqayıtlılar bu dəfə buraxılan qolun əvəzini çıxmağı bacarıblar. Lakin oyunda başqa qol qeydə alınmadığı üçün görüş heç-heçə başa çatıb. Nəticədə növbəti mərhələyə “Qəbələ” vəsiqə qazanıb.

Sonuncu oyun isə “Səbail”lə “Zirə” arasında baş tutub. İlk oyunda böyük hesabla qalib gəlmiş zirəlilərin yarımfinala vəsiqəni böyük ölçüdə təyin etdiyini söyləmək olardı. Düzdür, cavab görüşündə hesabı “Səbail” açıb. Amma zirəlilər qalan dəqiqələrdə 3 qol vurmaqla həm əzmkar qələbə, həm də yarımfinala vəsiqə qazanıblar.

Xatırladaq ki, Azərbaycan kubokunda daha öncə “Qarabağ” “Keşlə”ni (1:1, 6:1), “Neftçi” isə “Sabah”ı (1:1, 3:1) mübarizədən kənarlaşdırmışdı. Beləliklə, yarımfinalda “Qarabağ” “Qəbələ”ylə, “Neftçi” isə “Zirə” ilə mübarizə aparacaq.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
13 fevral

“Qəbələ” – “Sumqayıt” 1:1
Qol: İ.Alimi, 18 – A.Abdullayev, 82-pen.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 15:00.
İlk oyun – 1:0.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson, 2. Samet Karakoç.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 10. Omar Hani, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitri Nağıyev, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 25. İlnur Valiev, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Araz Abdullayev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 19. Xəzər Mahmudov, 37. Nicat Əliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı.
Baş məşqçi: Aleksey Baqa.


“Səbail” – “Zirə” 1:3
Qol: R.Hacıyev, 7 – A.Ramazanov, 21. T.Xəlilzadə, 39-pen. C.Diniyev, 73.
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov.
Bakı. “ASCO Arena”, 18:00.
İlk oyun – 0:4.

Səbail: 1. Rəşad Əzizli, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 30. Camal Araqo, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı, 99. Vidadi Cəfərov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 34. Yurqen Qoxa, 77. Ədilxan Qarəhmədov, 70. Elşad Tağıyev, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Zirə: 41. Anar Nəzirov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 9. Loris Broqno, 92. Brayan Alseus, 13. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 15. Ruslan Abışov, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 4. Cəlal Hüseynov, 56. Samir Ağayev.
Məşqçi: Vaqif Paşayev.

Xəbəri sosial şəbəkələrdə paylaş: