Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İki gündə keçiriləcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
1 fevral
“Qarabağ” – “Keşlə”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 17:30.
“Neftçi” – “Sabah”
Bakı. “Bakcell Arena”, 19:45.
2 fevral
“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 17:00.
“Sumqayıt” – “Qəbələ”
Sumqayıt. “Kapital Bank Arena”, 19:15.


