Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu mərhələnin oyunları 1 və 2 fevralda keçiriləcək.
İlk oyun günündə baş tutacaq “Qarabağ” – “Keşlə” oyununu Vüqar Həsənli, “Neftçi” – “Sabah” matçını isə Əliyar Ağayev idarə edəcək.
Sonuncu oyun gününə təsadüf edəcək “Zirə” – “Səbail” görüşü Kamal Umudluya tapşırılıb. “Sumqayıt” – “Qəbələ” oyununda isə Rauf Cabbarov iş başında olacaq.
Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
1 fevral
“Qarabağ” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 17:30.
“Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Bakcell Arena”, 19:45.
2 fevral
“Zirə” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Sumqayıt. “Kapital Bank Arena”, 19:15.


