Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi açıqlanıb. Arena.az xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin bütün görüşləri canlı yayımlanacaq.
Yeri gəlmişkən, Azərbaycanı Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” “Keşlə”yə qarşı səfər oyununun vaxtının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu fevralın 12-dən fevralın 11-nə keçirilib.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
11 fevral
18:00. “Keşlə” – “Qarabağ”
Bakı. “ASK Arena”.
İlk oyun 0:1
12 fevral
16:00. “Sabah” – “Neftçi”
Masazır. “Bank Respublika Arena”.
İlk oyun 1:1
13 fevral
15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu.
İlk oyun 0:1
18:00. “Səbail” – “Zirə”
Bakı. “ASCO Arena”.
İlk oyun 0:4


