Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları üçün bütün təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu mərhələnin cavab görüşləri qarşıdakı üç gün ərzində keçiriləcək.
İlk oyun günündə baş tutacaq “Keşlə” – “Qarabağ” oyunu Elçin Məsiyevə tapşırılıb.
Növbəti gün keçiriləcək “Sabah” – “Neftçi” matçını Rəvan Həmzəzadə idarə edəcək.
Sonuncu oyun günündə keçiriləcək “Səbail” – “Zirə” və “Qəbələ” – “Sumqayıt” oyunları isə müvafiq olaraq Əliyar Ağayev və Kamal Umudluya həvalə edilib.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
11 fevral
“Keşlə” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “ASK Arena”, 18:00.
İlk oyun – 0:1
12 fevral
“Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Masazır. “Bank Respublika Arena”, 16:00.
İlk oyun – 1:1
13 fevral
“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 15:00.
İlk oyun – 1:0.
“Səbail” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Bakı. “ASCO Arena”, 18:00.
İlk oyun – 0:4.


