Azərbaycan kubokunda 30-cu dəfə penalti seriyasına ehtiyac duyuldu

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin “Neftçi” – “Zirə” cütünün taleyi penaltilər seriyasında həll olunub. Arena.az xəbər verir ki, hər iki görüşü 0:0 hesabı ilə başa çatan duelin “lotereya”sında qonaqlar 4:2 hesabı ilə qalib gəlib.

Bu, mövsümün ilk penaltilər seriyasıdır. Sonuncu belə hadisə ötən mövsümün yarımfinalında qeydə alınıb. Həmin vaxt “Sumqayıt” iki qolsuz heç-heçədən sonra “Qarabağ”ı mübarizədən kənarlaşdırıb – 5:4.

Ümumiyyətlə isə Azərbaycan kubokunun 30 illik tarixində 30-cu dəfə cütün taleyi seriyada həll olunub. Yarımfinalda isə qalib 6-cı dəfə penaltilərlə müəyyənləşib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: