Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
Əvvəlcə “Qarabağ” “Qəbələ”ni qəbul edib. Bu cütün taleyi demək olar ki, ilk oyunda həll olunmuşdu. “Qarabağ” səfərdəki matçda Qəbələ təmsilçisini 3:1 hesabı ilə məğlub etmişdi. Bu üzdən “köhlən atlar”a finala çıxmaq üçün cavab matçında heç-heçə də bəs edirdi. Amma Qurban Qurbanovun yetirmələri buna doğma meydanda 5 cavabsız qolla qalib gəlməklə nail olub.
Yarımfinalın daha maraqla gözlənilən oyununda “Neftçi” “Zirə” ilə qarşılaşıb. İlk görüşdə qapılara qol vurulmaması bu matça marağı daha da artırırdı. Premyer Liqada da oyunları daim gərgin mübarizə şəraitində keçən bu komandalardan hansının adını finala yazdıracağı maraqla gözlənilirdi. Cavab matçında da əsas vaxt qolsuz başa çatıb. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Lakin tərəflər əlavə yarım saat ərzində də qapılara yol tapa bilməyiblər. Qalib isə penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən finala yüksələn tərəf olub.
Azərbaycan kubokunda final qarşılaşması mayın 27-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
29 aprel
Qarabağ – Qəbələ 5:0
Qol: R.Şeydayev, 5; 58. K.Borges, 13-pen; 17. L.Andrade, 37.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Bakı. “Azersun Arena”, 17:30.
İlk oyun 3:1.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 15. Leandro Andrade, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Xayme Romero, 6. Patrik Andrade, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 28. Murad Musayev (k), 27. Məqsəd İsayev, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 34. Ürfan Abbasov, 44. Salman Ələsgərov, 2. Samet Karakoç, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.
Son finalçı penaltilər seriyasında müəyyənləşdi
Neftçi – Zirə 0:0 (penaltilər 2:4)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Bakı. “Bakcell Arena”, 20:30.
İlk oyun – 0:0.
Penalti seriyası:
Emin Mahmudov – 1:0
Hamidu Keyta – 1:1
Tyaqo Bezerra – 2:1
Təmkin Xəlilzadə – 2:2
Eddi İsrafilov – 2:2 (kənara)
Qismət Alıyev – 2:3
Gilyerme Pato – 2:3 (qapıçı)
Davit Volkov – 2:4
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 9. Tyaqo Bezerra, 77. Gilyerme Pato, 7. Azər Əliyev, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.
Zirə: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 91. Coşqun Diniyev, 9. Loris Broqno, 92. Brayan Alseus, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.


