Azərbaycan Kubokunda növbəti yarımfinalçı “Neftçi” oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Sabah” doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Bu komandaların ilk oyunu heç-heçə bitdiyindən, cavab matçının da maraqlı keçəcəyi şübhə doğurmurdu. İkinci oyunda da hesabı “Sabah” açıb. Amma meydan sahibləri bu üstünlüyü ikinci hissədə əldən veriblər. “Ağ-qaralar” cəmi 7 dəqiqə ərzində 3 qol vurublar.

Matçın sonlarında isə meydanda ara qarışıb. Belə ki, 74-cü dəqiqədə “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev ona qarşı kobud oynayan Eddi İsrafilovu vurub. Nəticədə hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Hazırda “Sabah”da çıxış edən “Neftçi”nin sabiq qapıçısı Səlahət Ağayev də onların arasında olub. Ağayev qonaq komandanın müdafiəçisi Voyislav Stankoviçi itələyib. Baş hakim Rəvan Həmzəzadə İsayevlə Ağayevə birbaşa qırmızı vərəqə göstərib. Referi baş verənlərə sərt etiraz edən və hətta meydana daxil olan “Sabah”ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub. “Neftçi”dən isə İsrafilov və baş məşqçi Samir Abasov sarı vərəqə alıblar.

Qalan dəqiqələr ərzində başqa qol qeydə alınmayıb. Beləcə, əzmkar qələbə qazanan “Neftçi” növbəti yarımfinalçı olub.

Xatırladaq ki, ötən gün “Qarabağ” “Keşlə”ni 6:0 (ilk oyun 1:0) hesabıyla məğlub edərək Azərbaycan kubokunda ilk yarımfinalçı olub. Digər yarımfinalçıların adına sabah baş tutacaq “Səbail” – “Zirə” və “Qəbələ” – “Sumqayıt” oyunlarında aydınlıq gələcək.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunu
12 fevral

“Sabah” – “Neftçi” 1:3
Qol: X.Kamara, 41 – E.Mahmudov, 61. R.Maçado, 62; 68.
Qırmızı vərəqə: A.İsayev, 75. S.Ağayev, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli.
Masazır. “Bank Respublika Arena”, 16:00.
İlk oyun – 1:1.

Sabah: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodriqes, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev.
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 94. Yusif İmanov, 26. Tiemoko Fofana, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Ələkbərov, 19. Kamran Quliyev, 66. Abdulah Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 9. Tyaqo Bezerra, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli.
Baş məşqçi: Samir Abasov.

Xəbəri sosial şəbəkələrdə paylaş: