Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına hakim təyinatları

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, yarımfinalın cavab qarşılaşmaları sabah – aprelin 29-da keçiriləcək.

Hər iki oyunu FİFA referiləri idarə edəcək. Belə ki, “Qarabağ” – “Qəbələ” matçı Elçin Məsiyevə tapşırılıb. Bu komandalar arasındakı ilk oyunda Ağdam təmsilçisi səfərdə 3:1 hesablı qələbəyə sevinib.

“Neftçi” – “Zirə” görüşünü isə Əliyar Ağayev idarə edəcək. Bu komandaların ilk qarşılaşması qolsuz başa çatıb.

Azərbaycan kubokunda final matçının mayın 27-də keçirilməsi nəzərdə tutulub.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
29 aprel

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Azersun Arena”, 17:30.

“Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “Bakcell Arena”, 20:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: