Futbol üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanb. Arena.az xəbər verir ki, yarımfinal oyunlarından biri bu gün, digəri isə sabah baş tutacaq.
İlk oyun günündə keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçına Fərid Hacıyev təyinat alıb.
Sabah baş tutacaq “Səbail” – “Qəbələ” matçını da FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Xatırladaq ki, bir həftə öncə keçirilmiş yarımfinalın ilk oyunlarında meydan sahibləri qalib gəlmişdilər. “Turan Tovuz” “Neftçi”nin 1:0 hesabıyla üstələmişdisə, “Qəbələ” 3:2 hesablı qələbəyə sevinmişdi. Bu üzdən əyalət təmsilçilərinə finala çıxmaq üçün heç-heçə də bəs edəcək. Lakin “Səbail”lə “Neftçi” mərhələ adlamaq üçün mütləq inamlı qələbəyə imza atmalıdır. Əks halda bu komandalar finala yüksələ bilməyəcəklər.
Azərbaycan kubokunda final oyunu iyunun 3-də Bakıda, “Bakcell Arena”da keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
26 aprel
“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Bakcell Arena”. Saat 20:00.
27 aprel
“Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASCO Arena”. Saat 20:00.


