Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının təqvimi açıqlanıb. Arena.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, hər iki oyun eyni gündə keçiriləcək.

Aprelin 20-də “Qəbələ” “Qarabağ”ı qəbul edəcəksə, “Zirə” də “Neftçi” ilə üz-üzə gələcək.

Azərbaycan kubokunda yarımfinalın cavab görüşləri aprelin 29-da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunları
20 aprel

“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 17:30

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 20:00

Xəbəri sosial şəbəkələrdə paylaş: