Azərbaycan Kubokunda yeni mövsümün bütün iştirakçıları bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 2022/23 mövsümündə mübarizə aparacaq komandaların siyahısı müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsümdə Azərbaycan kubokunda 14 komanda mübarizə aparacaq. Belə ki, Premyer Liqanın 10 komandası ilə yanaşı, Birinci Divizion təmsilçiləri olan “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” də kubokda iştirak edəcək.

Azərbaycan Kubokunun püşkatma mərasimi oktyabrın 19-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.

Ölkə kubokunun bütün iştirakçılarının siyahısını təqdim edirik:

Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Sumqayıt
Səbail
Şamaxı
Turan Tovuz
Kəpəz
Qaradağ Lökbatan
MOİK
Araz Naxçıvan
Mingəçevir

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: